Xaçmaz sakini qeyri-adi maşın düzəldib - VİDEO

20.09.2018 20:23

Xaçmaz sakini qeyri-adi görünüşə malik avtomobil düzəldib. 7 avtomobilin hissələrindən yığılan nəqliyyat vəsitəsi 1 tondan artıq yük götürür.

Xezerxeber.az-ın məlumatına görə, qeyri-adi görünüşə malik avtomobili Xaçmazın Arzu kənd sakini Cəlil Allahyarov düzəldib. İki ay yarıma başa gələn nəqliyyat vasitəsi 7 avtomobilin hissələrindən yığılıb.

Cəlil Allahyarov avtomobili usta işlədiyi sexdə yığıb. Maşının ərsəyə gəlməsinə də 2500 manat pul xərcləyib. Nəqliyyat vasitəsi kənd təsərrüfatı üçün çox əlverişlidir. Bağçılıqla məşğul olan Cəlil usta bu maşından əsasən meyvə daşımaqda istifadə etdiyini deyir.

Avtomobili almaq istəyənlər də olub, lakin sahibi satmayıb. Cəlil Allahyarov avtomobilə yaşadığı kəndin adına uyğun olaraq "Arzu 1" adını verib. O, maşını standartları nəzərə almaqla hazırladığını, sənədləşmə üçün də müvafiq qurumlara müraciət edəcəyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1088 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR