Nüsrətin BAŞI BƏLADA: dövlət başçısını restoranında qonaq etdi, sonra... - VİDEO

20.09.2018 15:25

Venesuela sakinləri dövlət başçıları Nikola Maduronun Nüsrət Gökçenin restoranına getməsinə etiraz edib.

Türkiyə mətbuatı xəbər verir ki, venesuelalılar Nüsrət Gökçenin ABŞ-ın Miami şəhərindəki filialı qarşısında etiraz aksiyası keçirib. Aksiyada iştirak edən 100 nəfərə yaxın adam restoranın qarşısında Venesuelanın milli himnini oxuyub. Aksiyada iştirak edən 65 yaşlı Lusi Arroe adlı bir qadın "Biz aclıqdan ölərkən, insanlar zibillikdəki tullantılarla qidalanarkən, onun (Maduro) lüks restoranda ət yeməsi doğru deyil" deyə bildirib.

Etirazçıların birinin əlindəki kartonda "İnsanlar dərmansızlıqdan və aclıqdan ölərkən bu restoran Venesuela diktatoru və narkotik satıcısına dəstək verir" sözləri yazılıb.

Hadisə Nüsrət Gökçenin İstanbuldakı restoranda Maduronun ət yeyərkən çəkilən fotolarını instaqramda paylaşmasından sonra baş verib. Etirazçılar Nikola Maduronun bahalı restoranda ət yeməsini bütün venesuelalılara hörmətsizlik olaraq şərh edib. Etiraz aksiyasından sonra Gökçe Maduro ilə videolarını sosial mediadan silib.

Gökçenin restoranlarında əsas yeməyin qiyməti 70 ilə 250 dollar arasında dəyişir.

Xatırladaq ki, Venesuela dövlət başçısı Maduro Çinə etdiyi səfərdən sonra dönüş yolunda İstanbula enərək məşhur qəssabın restoranında şam etmişdi. O, jurnalistlərə verdiyi açıqlamada Gökçeni müdafiə edərək ona sevgisini ifadə etmişdi: "Yoldaşım, yaxın vaxtlarda yenidən İstanbula qayıdacağam və yenidən görüşəcəyik. Hədiyyələr üçün təşəkkürlər".

Məlumat üçün bildirək ki, Venesuela iqtisadiyyatı bir müddətdir ki, ciddi böhran yaşayır. Böhrana görə 2 milyon insan ölkədən köçmək məcburiyyətində qalıb, qida ehtiyatı tükənib.

Fevral ayında dərc olunan araşdırmanın nəticələrinə görə, venesuellalıların üçdə ikisi keçən il ərzində orta hesabla 11 kq arıqlayıb. Ölkə əhalisinin 87 faizi yoxsulluq içində yaşayır./publika.az


© xezerxeber.az


1770 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR