Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Etimad İsmayılovun qətli ilə bağlı yeni məlumatlar

20.09.2018 09:17

İstanbul polisi Floryadakı ofisində güllələnən azərbaycanlı iş adamı Etimad İsmayılovun qatilini axtarır.

Cinayətdə şübhəli bilinən Gözəl Dəmirovun saxlanılması istiqamətində polis genişmiqyaslı əməliyyata başlayıb.

Qətlin səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. İddia edilir ki, 19 sentyabr tarixində axşam saatlarında E.İsmayılov öz ofisində G.Dəmirovla görüşüb. Aralarında pul məsələsi olan iş adamlarının mübahisəsi qanlı cinayətə səbəb olub.



Mübahisə zamanı Dəmirov üzərində gəzdirdiyi silahla İsmayılovun baş və ürək nahiyəsinə atəş açaraq hadisə yerindən uzaqlaşıb. İsmayılov təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.



Qeyd edək ki, cinayətdə adı hallanan G.Dəmirov 90-cı illərdə DİN-in idarə rəisi olub. O, Türkiyəyə köçərək orada biznes fəaliyyəti ilə məşğul olub. E.İsmayılov isə Azərbaycanın sabiq deputatı, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır. /azvision.az

© xezerxeber.az


1089 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR