Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Ödənişli olması gözlənilən yolda sürət həddi artırılacaq - Qiyməti Tarif Şurası müəyyən edəcək - VİDEO

19.09.2018 20:42

Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ödənişli olacağı gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sözügedən yolla bağlı bəzi məqamları açıqlayıb. Anar Nəcəflinin sözlərinə görə, həmin yolun ödənişli olması ilə bağlı aidiyyati qrumlara təkliflər gödərilib. Yoldan istifadənin qiymətini Tarif Şurası müəyyən edəcək.

Anar Nəcəfli bildirib ki, həmin yolda avtomobil yaşayış məntəqələrindən keçmir və daha sürətli olmaqla, sürücülərin mənzil başına tez çatmasını təmin edir. Yol ödənişli olduğu təqdirdə sürətin 110 km-dən artıq olacağı gözlənilir.

Dünya təcrübəsinə əsasən, ödənişli yol istifadəyə verilən zaman mütləq ona alternativ yol da olmalıdır. Həmin yolun asfalt örtüyü keyfiyyət baxımından pullu yoldan geri qalmamalıdır.

Qeyd edək ki, əvvəl Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun uzunluğu 204 kilometrdir. Hazırda həmin yoldan istifadə pulsuzdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1587 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR