Təhsil Nazirliyindən VACİB XƏBƏRDARLIQ

19.09.2018 11:39

Təhsil Naziliyi xarici ali təhsil müəssisələrində təhsil formasını seçən zaman vətəndaşlara xəbərdarlıq edib.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, Azərbaycan Respublikasının təhsil qanunvericiliyində fərdi (individual) qrafik üzrə, sərbəst, əyani-qiyabi və ya qiyabi-əyani təhsilalma formaları nəzərdə tutulmayıb.

"Eyni zamanda ölkə ərazisində distant və eksternat təhsilalma formaları üzrə tədrisin təşkili və qiymətləndirilməsi mexanizmi mövcud deyil.

Bu səbəbdən Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq, həmin təhsilalma formaları üzrə xaricdə ali təhsil almış şəxslərin aldıqları təhsil sənədlərinin (diplomların) ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün deyil.

Xaricdə ali təhsil almaq istəyən vətəndaşların hər birindən təhsil formasını seçən zaman göstərilənləri nəzərə almağa çağırırıq”.

© xezerxeber.az

FOTOQALERIYA






766 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR