Alma və bananlarda iynə tapılması ilə bağlı araşdırmalara başlanılıb

18.09.2018 15:10

Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi sentyabrın 18-də banan və almada iynə tapılması ilə bağlı araşdırmalara başlayıb.

AZƏRTAC "7 News Sydney” telekanalına istinadla xəbər verir ki, almada iynə sidneyli qadın tərəfindən o, qızı üçün meyvə təmizləmək istəyərkən aşkar olunub. Qadın dərhal polisə müraciət edib.

Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanları, eyni zamanda, Sidneyin ətrafındakı mağazalardan birində bananda iynənin aşkar edilməsi ilə bağlı da araşdırmalara başlayıb.

Avstraliyanın azı 7 istehsalçı şirkətinin çiyələklərində iynə və sancaq tapılması barədə məlumatlar da yayılıb. Hökumət orqanları istehlakçılara meyvələri istifadə etməzdən əvvəl doğramağı tövsiyə edirlər. Cinayətkarları ən azı 10 il həbs cəzasının gözlədiyi bildirilir.

Son məlumatlara görə, polis 6 ştatda meyvələrdə iynənin tapılması ilə bağlı 20 faktın qeydə alınması barədə məlumat yayıb. İlk belə hadisə ötən həftə qeydə alınıb. Brisbendə 21 yaşlı kişi içərisində iynə olan çiyələyi yedikdən sonra xəstəxanaya yerləşdirilib.

Avstraliyanın Kvinslend ştatının hakimiyyət orqanları cinayətkarı tapmaqda kömək edən şəxsə 100 min Avstraliya dolları (təqribən 70 min ABŞ dolları) hədiyyə ediləcəyini elan edib.

© xezerxeber.az

FOTOQALERIYA






664 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR