Türkiyə və Rusiya prezidentlərinin görüşü başa çatıb - görüş 1 saat 50 dəqiqə davam edib

17.09.2018 20:00

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin Soçidə keçirilən görüşü başa çatıb.

Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, mətbuata qapalı keçən görüş 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

Rəcəb Tayyip Ərdoğan görüşün əvvəlində Türkiyənin Rusiya ilə siyasi, hərbi, iqtisadi və digər sahələrdə əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. Xüsusən regional mövzularda iki ölkənin mövqeyinin bölgəni də umidləndirdiyini deyən Türkiyə Prezidenti bildirib ki, bu gün dünyanın gözü Soçidədir.

Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, iki ölkənin əlaqələri yüksələn xətlə inkişaf edir, bölgənin təhlükəsizliyi baxımından əməkdaşlığımız genişlənir. "Müzakirə edəcəyimiz çoxlu mövzular var. Onları həm gözdən keçirəcək, həm də həll yolları axtaracağıq”, - deyə V.Putin bildirib.

© xezerxeber.az

FOTOQALERIYA






629 dəfə oxunub

XƏBƏRLƏR

17.10.2018 10:15

İranda zəlzələ

17.10.2018 09:44

Cəbhədə son vəziyyət

ÇOX OXUNANLAR