Ağır yol qəzaları baş verib: 3 ölü, 6 yaralı var - VİDEO

17.09.2018 19:38

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağsu-Çaparlı-Bağrlı yolunun 5-ci km-də, Daşdəmirbəyli kəndi yaxınlığında qeydə alınıb. Qəza zamanı Cəlayır kənd sakini Habil Usubovun idarə etdiyi avtomobil qarşı tərəfdən gələn, Bakı şəhər sakini Elvin Tağıyevin idarə etdiyi avtomobillə toqquşub. Hadisə nəticəsində əzilmiş avtomobildə sıxılıb qalan sərnişin Əlifağa Məmmədovun cəsədi xüsusi riskli xilasetmə qrupu tərəfindən çıxarılıb. Hər iki avtomobildə xəsarət alan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Yaralılar orta ağır kimi qiymətləndirilir.

Şəmkirdə baş verən iki müxtəlif qəza da ölümlə nəticələnib.

Yol qəza hadisəsindən biri Şiştəpə kəndi ərazisində baş verib. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində sonuncu maşında olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan biri tibbi yardımlara baxmayaraq, keçinib. Digər yaralının vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Daha bir yol qəzası isə Şəmkir şəhəri ərazisində qeydə alınıb. Aşağı Seyfəli kənd sakini Cəlil Məmmədovun idarə etdiyi avtomobil aşıb. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Hər 3 faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1359 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR