Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Üç nəfər suda boğulub - 2-si tələbədir - VİDEO

17.09.2018 19:52

Bu il universitetə qəbul olan 2 tələbə Xəzər dənizində boğulub.

Xezerxeber.az-ın məlumatına görə, faciəvi hadisə Sumqayıtda olub. Xəzər dənizinin Sumqayıt hissəsində boğulan gənclərin hər ikisi tələbə olub. Cəlilabad rayonu, Uzuntəpə kənd sakinləri - 18 yaşlı Fərid Hüseynov və 19 yaşlı Hakim Bağırzadə dənizdə çimərkən boğulublar. Onların meyiti dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq yaxınlarına təhvil verilib. Məlum olub ki, hər iki şəxs bu il ali məktəblərdən birinə qəbul olublar. Onlar sentyabrın 14-də yeni dərs ilinin başlaması ilə əlaqədar olaraq Cəlilabaddan Sumqayıta köçüblər.

Tovuzda isə kişi göldə batıb. Hadisə rayonun Əyyublu kəndi ərazisində qeydə alınıb. Məlum olub ki, göldə batan şəxs kənd sakini 49 yaşlı Hamlet Orucovdur. Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarış nəticəsində batan kişinin meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






717 dəfə oxunub

ÇOX OXUNANLAR