Cəbhədə erməni təxribatı: düşmənin iki postu sıradan çıxarıldı - VİDEO

15.09.2018 17:47

Düşmən yenə dinc sakinləri hədəfə alıb.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistan cəbhə xəttində mülki əhaliyə qarşı təxribat törədib.

Tovuzun cəbhə xəttinə yaxın kəndləri atəşə tutulub.

Bir neçə kənddə, xüsusilə də Koxanəbi kəndində evlərin damlarına, Əsrik-Cırdaxan kəndi ərazisində bir avtomobilə və Koxanəbi kəndinin qəbiristanına ziyan dəyib.

İriçaplı silahlardan atılan mərmilər Əsrik-Cırdaxan və Koxanəbi kəndinin mərkəzinə və kəndlərlə rayon mərkəzini birləşdirən yoladək çatıb. Daha çox ziyan Koxanəbi kəndində qeydə alınıb. Mərmilər kəndə gedən qaz xəttindən bir az aralı düşüb.

Düşmənin təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərdən açdığı atəş nəticəsində düşmənin iki postu sıradan çıxıb. Hazırda cəbhəboyu bütün mövqelərdə vəziyyət ordumuzun tam nəzarəti altındadır. Kəndlərdə isə həyat öz axarı ilə davam edir. Mülki şəxs və ya hərbçilərimizdən itki və yaralı qeydə alınmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






3648 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR