Bakıda metro çıxışlarında çadırlar niyə quraşdırılır? - AÇIQLAMA

21.08.2018 12:04

Paytaxtın bir sıra metrostansiyalarının çıxışlarında çadırlar quraşdırılır.

Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, quraşdırılan çadırlarda məktəbli ləvazimatları satılacaq.

Məlumata görə, qarşıdan gələn tədris ili üçün valideynlərin övladlarına məktəb ləvazimatları almasını asanlaşdırmaq məqsədilə paytaxtın müxtəlif yerlərində məktəbli yarmarkaları quraşdırılır.

"Bütün çadırlar qurulandan və aidiyyəti qurumlar tərəfindən onların fəaliyyətinə rəy veriləndən sonra yarmarkalar fəaliyyətə başlayacaq. Yarmarkalar ehtiyac olan yerlərdə quraşdırılır, əməkdaşlarımız tərəfindən araşdırma aparılır, eytiyac olan rayonlarda bu say artırıla bilər. İlkin mərhələdə məktəbli yarmarkaları metronun "28 May”, "Elmlər Akademiyası”, "İnşaatçılar”, Nəriman Nərimanov "Koroğlu” və "Neftçilər” stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. Məktəbli yarmarkalarında dəftər, qələm, karandaş və digər məktəbli ləvazimatları satılacaq”.

Departamentdən bildirilib ki, yarmarkaların sentyabrın 20-dək fəaliyyət göstərməsi planlaşdırılır. Lakin təlabat olduğu halda müddət artırıla bilər.

© xezerxeber.az


1344 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR