Qadın polisdən İBRƏTAMİZ HƏRƏKƏT: kimsəsiz uşağa... - VİDEO

19.08.2018 10:40

Argentinada yeni ana olmuş qadın polis ac qalan, kimsəsiz uşağa süd verib.

Həmin anlar sosial şəbəkədə paylaşılıb.

Məlumata görə 8 aylıq uşaq rəsmi qərarla bir müddətdir anasından ayrı xəstəxanada qalıb. Xəstələrin sayı çox olduğuna görə həkimlər uşaqla yaxşı maraqlanmayıblar. Uşağın ac olduğunu görə Ayala adlı qadın polis isə rəsmi şəxslərdən icazə alandan sonra ona süd verib.

Ayalanın həmkarı həmin görüntüləri sosial şəbəkədə paylaşaraq " Heç tərəddüd etmədin, anası kimi davrandın, xəstəxana rəsmiləri kimi kirindən və pis qoxusundan narahat olmadın. Bu, hər gün qarşılaşacağımız bir hadisə deyil”, - deyə yazıb.

Sosial şəbəkədə paylaşılan həmin şəkillərə 95 min nəfər baxıb. Rəsmilərdən bu davranışına görə Ayalaya dəstək və təbrik mesajları gəlib.

Anasında ayrı qalan uşağın 5 yaşlı bacısı ilə birlikdə bibilərinə veriləcəyi bildirilir./publika.az

© xezerxeber.az


1065 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR