Həyat yoldaşını döydü, evi yandırdı, özünü də... - Ərdən DƏHŞƏTLİ ƏMƏL

18.08.2018 18:09

Türkiyənin Adana bölgəsində həyat yoldaşı onu tərk etdiyinə görə kişi evi yandırıb.

Hadisə barədə polisə və yanğınsöndürənlərə qonşular məlumat verib.

Məlumata görə Həsən.U adlı şəxs həyat yoldaşını döydüyünə görə qadın uşaqlarını da götürərək evi tərk edib. Bundan sonra kişi intihar etmək məqsədilə evi yandırıb, özünü bıçaqla öldürməyə çalışıb.

Polislər yanğın zamanı kişini əlində bıçaq otaqların birində aşkar ediblər. Onunla təxminən yarım saatlıq söhbətdən sonra intihar fikrindən daşındırıblar./publika.az

© xezerxeber.az


466 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR