Mingəçevirdə dəhşət: Nəvəsindən ayrılmaq istəməyən nənə maşına ilişdi, süründü

18.08.2018 13:02

Mingəçevir şəhərinin mərkəzində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, həyat yoldaşından ayrılan xanım övladını özü ilə aparmaq istədiyi zaman qayınanasının müqaviməti ilə üzləşib.

Şəhər sakini olan 1971-ci il təvəllüdlü Həşimova Gülnarə Rəsul qızı əli ilə nəvəsinin olduğu maşının qapısından tutub. Lakin markası hələlik məlum olmayan avtomobilin sürücüsü buna məhəl qoymayaraq maşını hərəkətə gətirib. Bu zaman əli necəsə maşına ilişib qalmış qadın avtomobilin arxasınca sürüklənib. Avtomobil hadisə yerindən uzaqlaşıb, qadın isə yıxılaraq yerdə qalıb. Nəticədə ağır bədən xəsarətləri alan G.Həşimova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


255 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR