Tələbə adı qazananlar qeydiyyat üçün bu sənədləri aparmalıdır - VİDEO

17.08.2018 10:21

Ali məktəbə qəbul olan tələbələrin qeydiyyatı bu gündən başlayıb. Qeydiyyat prosesi avqustun 28-ə qədər davam edəcək. Bəs universitetə qeydiyyat zamanı hansı sənədlər lazımdı? Xəbərimizdən biləcəksiniz.

Kimisi valideyini ilə, kimisi isə tək gələrək qeydiyyatdan keçdilər. Ali məktəblərə qəbul olan tələbələr bu gündən qəbul olduqları unversitetlərə ilk dəfə ayaq basıblar.

Ali məktəbə qəbul olan tələbələrin qeydiyyatı bu gündən başladığından universitetlərdə bu mənzərə yaşanıb. Bu məqsədlə bütün universitetlərdə qeydiyyat üçün xüsusi yerlər ayrılıb və tələbə adını qazananların qeydiyyatı aparılıb.

Qeydiyyat prosesi avqust ayının 28-ə qədər davam edəcək. Bəs qəbul olunan universitetdə qeydiyyatdan keçmək üçün hansı sənədlər tələb olunur?

Bu il ali təhsil müəssisələrinə 40 minə yaxın abituriyent qəbul olaraq tələbə adını qazanıb.

Bu gündən həm də ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, proses avqustun 20-dək davam edəcək. İmtahanların nəticələrinə görə ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

© xezerxeber.az


1011 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR