Azərbaycanda yenə zəlzələ oldu

14.08.2018 09:46

Lerik rayonunda 3 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla 13.08.2018-ci il tarixində saat 4:30-da Yardımlı stansiyasından 25 km cənubi-şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

© xezerxeber.az


664 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR