“Eşkiya dünyaya hökmdar olmaz” sevənlərə bəd xəbər – 2 məşhur serialdan ayrıldı

12.08.2018 16:22

Türkiyənin məşhur seriallarından "Eşkiya dünyaya hökmdar olmaz” serialından iki məşhur ayrılıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, serialın qadın baş rol oyunçusu Dəniz Çakır (Məryəm Çakırbəyli) və digər məşhur ulduzlarından Olgun Şimşək (Kimsəsiz Yaşar) bu sezon oynamayacaqlar.

Serialı çəkən şirkətin rəhbərliyi hər iki aktyorla yollarını ayırıblar. Dəniz Çakır da öz "instagram” hesabından bu ayrılıq xəbərini təsdiqləyib.

© xezerxeber.az


2001 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR