Bakıda ərəb turistlər qaldıqları evin sahibinə şok yaşatdılar - VİDEO

20.07.2018 20:10

Bakıda evini ərəb turistlərə kirayə verən şəxs sözün əsl mənasında şok yaşayıb. Evi təhvil almağa gələndə turistlərin qaçdığını görüb. Dəhşətli mənzərəni isə evə daxil olarkən görüb. Turistlər yedikləri qidaların tullantılarını zibilliyə yox, evin otaqlarına atıblar.

Xezerxeber.az-ın məlumatına görə, ev sahibi mənzildə həmin turistləri tapa bilməyib. Ərəb turistlər hətta məişət avadanlıqlarını elektrikə qoşulu şəkildə qoyaraq gediblər.

Məlum oldu ki, mənzilə ərəbləri rieltor gətirib. 4 günün qarşılığında ərəblər reiltora 400 manat pul verib. Həmin pulun 200 manatı isə ev sahibinə çatıb.

Məsələyə münasibət bildirən turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, turist axını çox olan ölkələrdə bəzən bu kimi hallar yaşanır. Buna baxmayaraq, artıq bəzi ölkələrdə bu problemin həlli yolları araşdırılıb. Belə ki, ev turistə kirayə verilərkən bu kimi hallardan sığortalanmaq üçün əlavə deposit tələb olunur. Bu isə turistlərin məsuliyyətini artırmaqla yanaşı, ev sahibini bu cür xoşagəlməz sürpirizlərdən də sığortalamış olur.

Rəhman Quliyev deyir ki, depositin məbləği razılıq əsasında müəyyən edilə bilər. Əksər hallarda deposit kirayə qiyməti qədər müəyyənləşidirilir.

Ekspertin fikirinə görə, digər bir çıxış yolu isə ev kirayə verənlə kirayəşinin arasında notarial qayda da müqavilənin bağlanmasıdır. Müqavilə şərtləri hər iki tərəfin iştirakı və razılığı ilə müəyənləşdirilməlidir.

Hüquqşunas Xəyal Bəşirov isə deyir ki, ev sahibləri bəzi hallarda vergidən yayınmaq üçün bu müqavilədən yayınırlar. Ancaq qanunvericiliyə əsasən 1 günlük olsa da belə, ev kirayəyə verilərkən mütləq qaydada rəsmi müqavilə bağlanmalıdır. Müqavilənin şərtlərində kirayəşinin evi olduğu kimi təhvil verilməsi də qeyd olunmalıdır. O ki qaldı bu görüntülərdəki mənzili antisanitar vəziyyətə salan turistlərin məsuliyyəti məsələsinə, hüquqşunasın sözlərinə görə, kirayə müqaviləsi olmadğına görə, onları məsuliyyətə cəlb etmək mümkün deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






1230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR