Rusiyanın Xəzərin üstündə növbə çəkən “Xəncər”i kimi hədəf alıb? - ÖLKƏLƏR AÇIQLANDI

20.07.2018 11:36

Xəbər verdiyimiz kimi Rusiya Müdafiə Nazirliyi prezident Vladimir Putinin bu ilin martında təqdim etdiyi supersilahlardan biri-hipersəs sürətli "Xəncər” ("Kinjal”) raketi ilə silahlanmış MiQ-31 qırıcılarının Xəzər dənizi üzərində aprel ayından etibarən döyüş növbətçiliyi çəkdiyini açıqlayıb. Müdafiə Nazirliyi bunun "strateji çəkindirmə tədbirləri” çərçivəsində edildiyini bildirib.Lakin aydın deyildi ki, 2 min kilometr mənzilli və əsasən ABŞ-ın təyyarədaşıyan gəmilərini sıradan çıxarmaq üçün nəzərdə tutulan raketi daşıyan qırıcıların Xəzər dənizi akvatoriyasında uçmasının strateji çəkindirmə ilə nə əlaqəsi var. Axı bu regionda ABŞ təyyarədaşıyanları yoxdur.

Virtualaz.org xəbər verir ki, "Nezavisimaya qazeta”nın hərbi əlavəsinin ( "Nezavisimaya voennoe obozreniya”) məsul redaktoru Vladimir Şerbakov Xəzər dənizi üzərində döyüş növbətçiliyinə daxil edilən "Xəncər” raketinin potensial hədəflərindən birininİranola biləcəyini yazıb. "Xəncər zərbəsi”inə iddia edənlər arasında redaktora görə İranla yanaşıƏfqanıstan, İsrail, İraq, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyədə yer alır. Habelə həmin ölkələrin ərazisində yerləşən Amerika hərbi bazaları potensial hədəfdir.

Müəllif qeyd edir ki, doğrudan da "Xəzər dənizi akvatoriyası üzərində növbətçilik” Rusiya hərbi-siyasi rəhbərliyinin "Xəncər” raketinin əsas potensial qurbanı hesab etdikləri Amerika aviadaşıyıcı və gəmi zərbə qruplaşmalarına qarşı strateji çəkindirmə baxımından heç bir mənası yoxdur. Çünki raketin uçuş məsafəsi 2 min kilometrdən bir qədər çoxdur. Xəzər üzərindəki ən yaxın nöqtədən ABŞ təyyarədaşıyan qruplaşmasının mövqe tuta biləcəyi Fars körfəzinə qədər məsafə 2.5-3 min kilometr təşkil edir.

Doğrudur, "Xəncər” daşıyan Rusiya qırıcıları məsafəni yaxınlaşdırmaq üçün Azərbaycanın və ya İranın ərazi sularında növbə çəkə bilər. Lakin müəllif qeyd edir ki, Bakı və Tehranın bundan məmnun qalacağı çətin məsələdir.Hərçənd müəllifin fikrincə söhbət Rusiya-ABŞ hərbi qarşıdurmasından gedəcəksə başqa ölkələrin hava məkanından istifadə ilə bağlı icazə də heç kim soruşası deyil.

Müəllif qeyd edir ki, ABŞ təyyarədaşıyan qruplaşmasının və NATO gəmilərinin daim növbə çəkdiyi Aralıq dənizində hədəfləri vurmaq üçün "Xəncər” daşıyan qırıcıların Xəzər dənizi üzərində yox, Qara dəniz üzərində növbə çəkməsi daha məqsədəuyğun olardı. İrana, Əfqanıstana və yuxarıda adı çəkilən digər ölkələrə zərbə endirmək üçün isə Xəzər dənizi üzərində növbətçilik tam yerinə düşür."Xüsusən də bir çox ekspertlər bildirir ki, Suriya məsələsində İranla Rusiyanın arasında bəzi ciddi fikir ayrılıqları meydana çıxıb”-müəllif bildirir.

© xezerxeber.az


942 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR