Bakıda mikroavtobus yük maşınına çırpıldı - Çox sayda yaralı var

20.07.2018 10:00

Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib. 

Xezerxeber.az Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində "QazEL" markalı, 10 JJ 753 dövlət qeydiyyat nişanlı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 13 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb. Yaralıların əksəriyyəti qadınlardır.
Faktla bağlı araşdırmalara başlanılıb.

© xezerxeber.az


857 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR