Bakıda tuneli bağlayaraq şampan partladanlar həbs olundu - VİDEO

18.07.2018 20:04

Bir neçə gün əvvəl toy karvanındakı avtomobillərdən düşən bir qrup gəncin maşınların sıx olduğu tuneldə hərəkəti saxlayaraq, yolda şampan partlatması, rəqs edərək şadyanalıq etməsi ilə bağlı görüntülər yayılmışdı. Artıq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar saxlanılaraq 20 sutka azadlıqdan məhrum ediliblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində, metronun "Koroğlu" stansiyasından üzü "20 yanvar" dairəsi istiqamətinə gedən yolda birinci tuneldə baş verib.

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən bu gənclər artıq həbs ediliblər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində həmin gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onların arasında bəyin dostlarından tutmuş, fotoqraf və operatorlar da var. Ümumilikdə 12 nəfər saxlanılaraq, 20 sutka azadlıqdan, həbs edilən sürücülər isə bir il sürücülük hüququndan məhrum ediliblər.

Həbs edilən şəxslər Binəqədi rayon sakinləri - Bürhanəddin Əliyev, Rəsul Rəsulov, Qusar rayon sakini Orxan Hacıbalayev, Abşeron rayon sakini Rəşad Cabbarov, Cəbrayıl rayon sakinləri - Elməddin Əliyev, Emil Əliyev, Amil Məmmədov və Elşən Tahirovdur.

Həbs edilənlər məsuliyyətsiz və səhv hərəkət etdiklərini və cəzalarını çəkməyə hazır olduqlarını deyiblər.

Sürücülər qısa müddətdə dayandıqlarını bildirməklə məsuliyyətlərini azaltmaq istəyiblər. Lakin Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, həmin şəxslərin bu şadyanalığı nəticəsində yolda uzun tıxac yaranıb.

Qeyd edək ki, bu şəxslərin tuneli bağlayıb, qayda pozmaları sosial şəbəklərdə və kütləvi informasiya vasitələrində geniş müzakirələrə səbəb olmuşdu.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






2007 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR