Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Adnan Oktarın “kedicikləri”nin funksiyalari çözüldü – İnanilmaz FAKTLAR

18.07.2018 10:07

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs olunan Adnan Oktarın təşkilatı ilə bağlı yeni detallar üzə çıxıb.

Təşkilatın 235 üzvü barədə həbs qərarı verilib və bu adların 186-sı saxlanılıb.

Təşkilatın 2 nömrəli adamı hesab edilən Tarkan Yavaş olmaqla 50-yə yaxın insan hər yerdə axtarılır.

Sosial mediada təşkilatın təbliğatını aparan şəxslər bir-bir tapılır və xaricə qaçanların Türkiyəyə gətirilməsi üçün işlər aparılır. 235 nəfər təşkilat üzvlərinin polisdəki məlumatlarında qəribə detallar bəlli olub.

Ülviyə Didəm Ürər

Kod adı: Dido. Adnan Oktardan sonra təşkilatın ikinci nömrəli adamı. Draqos adı verilən təşkilat mərkəzində Adnan Oktarla birlikdə yaşayır. Hər mövzuda Adnan Oktarın "Mən olmazsam, ondan soruşun” dediyi adamıdır. A.Oktarın sözçüsü olaraq danışa bilər. Təşkilatın hücrə sistemindən başqa, hər məlumatı bilən 5 nəfərdən biridir. Müxtəlik kişilərintəşkilata faydalı hala salınması üçün sosial şəbəkələrdə onlarla əlaqə qurur.

Tarkan Savaş

Qardaşlar qrupunun baş idarəçisi. A.Oktarın sözçüsü olaraq danışa bilər. O da Dragos adı verilən mərkəzdə yaşayır. Hüquq da daxil olmaqla demək olar ki, hər məsələndən məlumatlıdır və təşəbbüskardır.

Mərvə Böyükbayraq

Kod adı Fəvzi. Kandillidə Draqos adı verilən təşkilat mərkəzində A.Oktarla birlikdə yaşayıb. İdarəedici bacıdır. A.Oktarın hüquqi işləri də daxil olmaqla, Draqosa pul axını, izlənilməsi lazım olan hər bir məlumatları izləyir, kirayə və ya satın alınmalı olan evlərə qərar verir, qrup evlərində bacıları izləyir və idarə edir. Digital aləmə təşkilatla bağlı məlumatları yükləyər və məlumatları şifrələyir. Draqosdakı kassanı idarə edir. Bununla yanaşı təşkilatdan ayrılanlara qarşı şər-böhtan xarakterli kampaniyaları aparır. Hücrə sistemindən başqa təşkilatla bağlı məlumatları bilən 5 nəfərdən biridir.

Yeliz Sucu

Kod adı: Sarı. Draqos adı verilən təşkilatın mərkəzində Adnan Oktarla birlikdə qalır. Mərvə Böyükbayraqla birlikdə A.Oktarla xəbərləşmədə kilid rolunu oynayır. İdarəedici bacıdır. Hüquq və pul təminatı ilə bağlı məsələləri Mərvə Böyükbayraqla birlikdə idarə edir. Bununla yanaşı təşkilatdan ayrılanlara qarşı şər-böhtan xarakterli kampaniyaları aparır. Hücrə sistemindən başqa təşkilatla bağlı məlumatları bilən 5 nəfərdən biridir.

Aləv Babuna

Kısıklıda təşkilat evində yaşayır. Təşkilatın kassası hesab edilən idarəedici bacıdır. Tədbirlərlə bağlı qardaşlara təlimat verir. Ölkə daxili və xaricində qızların və manikenlərin gətirilməsi üçün təşkilatçılıq tədbirləri görür. Hər gün A.Oktara elektron poçtuna gələnlərlə bağlı məlumat verir. Təşkilatda hücrə sistemindən başqa bütün məlumatları bilən 5 nəfərdən biridir.

Gülgün Göktan

Kod adı: Güşgüş, hanımcım. Qəndillidə Draqos adı verilən təşkilat mərkəzində A.Oktarla eyni otaqda qalır. İdarəedici bacıdır. A.Oktarın daxili zənglər etdiyi bütün danışıqlarda yanında olub. Hücrə sistemindən başqa bütün məlumatları bilən 5 nəfərdən biridir. Müxtəlif kişilərin təşkilatın qoşulması üçün onlarla sosial şəbəkə hesabından münasibət qurur.

Məltəm Taban

Kod adı: Dost Məltəm. Uzun illərdir təşkilatın bütün məqalə və kitablarını yazan şəxsdir. A.Oktarın adına məqalələr yazır, canlı yayımların bilgi xarakterli məlumatlarını hazırlayan bacıdır. Lobbi fəaliyyəti ilə məşğuldur. Hüquqi ərizələrə nəzarət edir. Qrup evlərində qalır, uzun illərdir antidepresantlar istifadə edir. A9Tv-nin verilişləri hazırlayır. (Publika.az)

© xezerxeber.az


1180 dəfə oxunub

ÇOX OXUNANLAR