Ehtiyatsızlıq 3 nəfərin ölümü ilə nəticələndi - VİDEO

17.07.2018 20:45

Astarada şəkil çəkdirmək istəyən gənc dənizə düşərək boğulub.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə Astaradakı park-bulvarda baş verib. Rayonun Səlivə kənd sakini Tərlan Şükürov dəniz kənarındakı çimərlik kimi istifadə olunmayan ərazidə, daşların üzərində durub şəkil çəkdirərkən ehtiyatsızlıqdan dənizə yıxılıb. Müxtəlif xəsarətlər alan Tərlan Şükürov suda boğularaq dünyasını dəyişib.

Ətrafdakı insanların köməkliyi ilə meyit sudan çıxarılaraq Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

İsmayıllı sakini isə yük maşınından yıxılaraq ölüb. Rayonun Lahıc qəsəbə sakini, 51 yaşlı Məmmədağa Allahyarov yük avtomobilinə ot yığarkən ehtiyatsızlıq edib və avtomobilin üstündən yerə yıxılıb. Ağır kəllə-beyin travması alan Məmmədağa Allahyarov təcili tibbi yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ağstafa sakinini isə balıq tutarkən elektrik cərəyanı vurub. Hadisə rayonun Eynallı kəndində baş verib. 34 yaşlı İlkin Mahmudov kəndin ərazisindəki su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vuraraq öldürüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






800 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR