Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bu sürücülər 50 manat cərimə ediləcək - QANUNDA DƏYİŞİKLİK

17.07.2018 12:47

Avtomobilini texniki baxışdan keçirmədən idarə edən şəxslər cərimə ediləcək. Lent.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdən sonra qayda bu gündən qüvvəyə minib.
Belə ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması ilə bağlı qanuna əlavələr edilib.
Əlavələrə əsasən "Yol hərəkəti haqqında” qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edən sürücülər əlli manat məbləğində cərimə edilicək.

© xezerxeber.az


1104 dəfə oxunub

ÇOX OXUNANLAR