Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Bakıda tikinti şirkətinin rəhbəri həbs edildi - VİDEO

16.07.2018 20:30

Qanunsuz tikilən binanın inşası dayandırılıb, tikinti şirkətinin rəhbəri isə həbs edilib.

Xezerxeber.az-ın məlumatına görə, bir neçə gün öncə paytxatın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində sakinlərin şikayəti əsasında çəkiliş apararaq qaydalara riayət olunmadan hündürmərtəbəli binanın tikilməsi barədə süjet təqdim etmişdik. İyulun 12-də isə həmin ərazidə yaşayan sakinlər tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət daxil olub. Komitənin əməkdaşları şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçiriblər. Baxış zamanı Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında "Fidan" Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlanılması müəyyən edilib.

Eyni zamanda, hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilib. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həm sakinlərin şikayəti, həm də mediada gedən məlumatlar əsasında araşdırma aparılıb və müəyyən edilib ki, həmin MTK-nın təsisçisi və sədri Əli Şükürov torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozub. O, 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan sözügedən ünvanda yerləşən və dövlət mülkiyyətində olan 0,12 hektaradək torpaq sahəsində özbaşına 371,3 kvadratmetr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.

Bununla Əli Şükürovun digər şəxslərlə qabaqcadan əlbir olub, dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb. Əli Şükürova Cinayət Məcəlləsinin 188.2 və 308.1-ci maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

© xezerxeber.az

FOTOQALERIYA






1132 dəfə oxunub

ÇOX OXUNANLAR