Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qardaşı, yoxsa dayısından HAMİLƏ QALDI ? - 14 yaşlı qıza qarşı DƏHŞƏTLİ ƏMƏL

14.07.2018 14:15

Türkiyənin Şanlıurfa vilayətinin Siverek mahalında tükürpədici bir hadisə baş verib.

Özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılan 14 yaşındakı A.B.-nin ilkin müayinədən sonra hamilə olduğu məlum olub.

Onun qızı dünyaya gəlib. Həkimlər hadisə barəsində dərhal polisə məlumat veriblər.

Qardaşı və dayısı təcavüz edib

A.B. polisə verdiyi ilkin ifadəsində böyük qardaşı və görmə qüsurlu dayısının təcavüzünə məruz qaldığını bildirib. Onun sözlərinə görə, təhdid edildiyi üçün bu barədə ailəsi və ya başqa birinə məlumat verə bilməyib. Hamilə olduğunu çox gec öyrənən A.B. geyindiyi paltarlarla bunu gizlətməyə çalışıb. O, uşağının atasının kim olduğunu bilmədiyini söyləyib.

"Məni məcbur etdi”

Kiçik qızın polisə ifadəsindən sonra polis qardaşı M.B. və əmisi M.İ.-ni saxlayıb. Qardaşının sözlərinə görə, 2016-ci ilin oktyabrında bacısı ona evdə tək olduqları zaman cinsi əlaqəda olmağı təklif edib.

"Qəbul etmədim. Amma mənə söylədi ki, təklifi qəbul etməyəcəyi halda, anama birlikdə olduğumuzu söyləyəcək. Bundan sonra cinsi əlaqəyə girdik. Ondan başqa biri ilə yaxınlıq edib-etmədiyini soruşmadım və o tarixdən sonra birlikdə olmadıq”, - qardaşı deyib.

Bir müddət sonra A.B. qardaşına dayısı ilə cinsi əlaqədə olduğunu bildirib. M.B.-nin sözlərinə görə, bu barədə valideynlərinə demək istəsə də, bacısı razılaşmayıb. Dayısı bir neçə ay əvvəl M.B. ilə söhbətində qızın istəyi ilə onunla cinsi əlaqədə olduğunu söyləyib.

"Dayıma bacımla cinsi əlaqədə olduğumu söyləmədim. Mən əsgərlikdən bu ilin martında gəldim. Bu tarixdən sonra da birlikdə olmadıq. Uşaq mənim deyil, ona görə də azad olunmağımı istəyirəm”, - M.B. bildirib.

"Özü istədi, uşaq məndən deyil”

Görmə qüsurlu dayısı da qızla cinsi əlaqəyə qarşı tərəfin istəyi ilə girdiyini iddia edib:

"Görmə qüsurlu olduğum üçün ötən il noyabr və ya dekabr ayında bacım qızı məni evimə gətirdi. Evə gəldikdən sonra mənə cinsi əlaqəyə girməyi təklifi etdi. Mən "Olmaz” dedim. Məni təhdid etdi ki, ailəsinə təcavüzə məruz qaldığını söyləyəcək. Yenə qəbul etmədim, amma məcbur edildiyim üçün qorxaraq birlikdə oldum. Məndən əvvəl isə qardaşı ilə cinsi əlaqəyə girdiyini söylədi . O vaxt 14-15 yaşında olduğunu da bilmirdim. Daha sonra öyrəndim. Mən bacım qızı ilə sadəcə bir dəfə və onun tərəfindən məcbur edilərək yaxınlıq etdim. Ancaq qardaşı ilə zorla cinsi əlaqəyə girib-girmədiyini və ya bunun neçə dəfə olduğunu bilmirəm. Uşaq qardaşından ola bilər. Sərbəst buraxılmağımı istəyirəm”.

İfadələri alınandan sonra M.B. və M.İ.-nin barəsində həbs qəti-imkan tədbri seçilib. A.B. isə uşağı ilə dövlət himayəsinə götürülüb./publika.az

© xezerxeber.az

FOTOQALERIYA






2008 dəfə oxunub

ÇOX OXUNANLAR