"WhatsApp" istifadəçilərinə şad xəbər…

24.06.2018 15:39

Yeni funksiyalar test edilib, çatışmazlıqlar müəyyən etdikdən sonra stabil halda istifadəçilərə təqdim olunacaq

"WhatsApp" istifadəçiləri üçün yeni funksiya istifadəyə verib.

"Whatsap", "Google Play Beta Test" proqramı ilə yeni funksiyasını yayınlamağa davam edir. Bu yeni xüsusiyyətlərlə yanaşı "WhatsApp" yenilənərək 2.18.189-a yüksəlib.

Məlumata görə, hazırda "WhatsApp"ın yeni funksiyaları beta test istifadəçiləri üçün keçərlidir. Bu funksiyalar yaxın günlərdə Android istifadəçilərinə də təqdim ediləcək.

"Shift Delete"-in xəbərinə görə, bunun səbəbi yeni funksiyaların test edilib, çatışmazlıqlarını müəyyən etdikdən sonra stabil halda istifadəçilərə təqdim etməkdir.

Məlumata görə, yeni dəyişikliklərdən sonra proqramda yeni etiket ("smiley” – red.)mağazası olacaq. Bu mağazada çox sayda etiket təqdim ediləcək. Etiket mağazası çox sayda kateqoriyaları əhatə edəcək. Beləliklə, istifadəçilər daha çox etiket seçə biləcəklər. Bu səbəblə "WhatsApp" uzun müddətdən bəri üzərində çalışdığı etiketlərə yenilərini də əlavə edib. Bu etiketlər eşq, kədərli və s. etiketlərdən ibarətdir.

Gələcəkdə İOS istifadəçiləri üçün də yeni funksiyaların tətbiq ediləcəyi gözlənilir.

© xezerxeber.az


1803 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR