Salyanda faciə: 18 yaşlı oğlan öldü

24.06.2018 11:40

Salyanda avtomobil piyadanı vurub.

XəzərXəbər APA-ya istinadən bildirir ki, hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi "Ford Transit" markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, keçinib.

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

© xezerxeber.az


695 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2018 14:36

Lavrov İsrailə gedir

ÇOX OXUNANLAR