Messi karyerasına son qoyur

22.06.2018 16:50

Argentina millisinin ulduzu Lionel Messi yığmadakı karyerasına son qoyacaq.

Dünya Çempionatında 2 matçda 1 xal qazana bilən Argentina Nigeriya ilə oynanacaq son matçda 3 xalı qazana bilməsə, Messi millidən ayrılacaq.

DÇ-dəki uğursuz çıxışlarından sonra susqunluğu ilə ayrılığın siqnallarını verən Messi Argentina millisinin mundialda davam edə bilməyəcəyi təqdirdə, bir daha milli komandanın formasını geyinməyəcək.

Qeyd edək ki, Argentina ilk matçında İslandiya ilə 1 qolluq bərabərə qalmış, ikinci matçında isə Xorvatiyaya 3:0 uduzmuşdu.

© xezerxeber.az


1198 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2018 14:36

Lavrov İsrailə gedir

ÇOX OXUNANLAR