Bakı-Ələt yolunda yük maşını mikroavtobusla toqquşub, ölən və xəsarət alanlar var

22.06.2018 10:20

Bakı-Ələt yolunda yük maşını mikroavtobusla toqquşub.

Hadisə Bakı-Ələt-İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Səid Məmmədovun idarə etdiyi "Shacman” markalı yük maşını Masallı rayon sakini İmran Dadaşovun idarə etdiyi "Ford Tranzit” markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü hadisə yerində ölüb. Onun idarə etdiyi avtomobildə olan daha 3 nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az


1018 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR