SON XƏBƏR: Direktor vəzifəsinə ilkin yerləşdirmənin nəticələri açıqlanıb
SON XƏBƏR: Donald Tramp və Kim Çen Inın Hanoy görüşünün formatı açıqlanıb
SON XƏBƏR: Sumqayıtda avtobus qəzasında yaralananlardan 12-si evə buraxılıb, hamilə qadın isə...
SON XƏBƏR: Bakıda məktəbin tualetinə kamera quraşdırılıb - VİDEO
Müdafiə Nazirliyi Günnüt zəfəri ilə bağlı video yayıb.
Xezerxeber.az-ın məlumatına görə, video-reportajda geri qaytarılan 11 min hektar ərazi və Günnüt kəndinin strateji önəmi izah olunur. Qeyd olunur ki, bu zəfərlə ermənilərin hərəkət marşrutları çətinləşib, tarixi Azərbaycan torpaqlarına aparan yollar bölmələrimiz tərəfindən tam aydın müşahidə olunur.
Düşmən bu mövqelərimizdən geri çəkilməyimizə cəhd göstərsə də, buna nail ola bilmədi. Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatla paytaxt İrəvanı, Ermənistanın cənubu və Qarabağla birləşdirən magistral yolun mühüm bir hissəsi Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun Ordu Bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçib. İrəvandan ermənilər üçün ən vacib istiqamətlərə aparan bu yol Azərbaycan əsgərinin atəş vasitələrinin birbaşa zərbəsi altına düşüb.
Günnüt zəfəri ilə bölmələrimiz Qızılqaya dağ silsiləsinin yüksəkliklərində yerləşib. Ordumuz təkcə Qızılqaya yüksəkliyindən deyil, İrəvan-Yexidnazor-Gorus-Laçın- Xankəndi avtomobil yoluna digər strateji mövqelərdən də nəzarət edir. Əsgərlərimiz inanırlar ki, Günnüt kimi əbədi və əzəli Azərbaycan torpağı olan Kərki kəndinə də gedəcəyimiz gün heç də uzaqda deyil.
Habelə, yeni əməliyyatla Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarətə götürülüb. Ermənistanın Qırmızı dam postu da ordumuzun nəzarətindədir. Bu hal qarşı tərəfi çox narahat edir. Onların həyəcan dolu səsləri də bu torpaqlarda aydın eşidilir. Bu isə onu deməyə əsas verir ki, qorxuya düşən düşmən tezliklə o postu qoyub qaçmağa məcbur qalacaq.
Bölmələrimizin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə nəzarətə götürülən yerlərdə mina axtarış işləri aparılıb. 1600-dən çox müxtəlif təyinatlı minalar aşkar edilərək zərərsizləşdirilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
2016-cı ilin aprel, 2018-ci ilin may zəfərləri Ermənistan silahlı qüvvələrində ajiotaj yaradıb. Erməni əsgəri səksəkə içərisindədir. Bunun səbəbi bir səhər ayılıb başlarının üstündə Azərbaycan əsgərini görmək qorxusudur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
Direktor vəzifəsinə ilkin yerləşdirmənin nəticələri açıqlanıb
Donald Tramp və Kim Çen Inın Hanoy görüşünün formatı açıqlanıb
Rusiyanın Ryazan vilayətində 50-dən çox insan qızılcaya yoluxub
“Azərişıq” Xəzər rayonunun elektrik şəbəkəsini yeniləyir - VİDEO
Evdən qaçan iki qız parkda qorxunc vəziyyətdə tapıldı - VİDEO
Müğənnilikdən getməyə qərar verən ulduz xanımı ilə METRODA - FOTO
Siqaret və isti çay içənlər üçün ÖLÜMCÜL TƏHLÜKƏ: xərçəng...
Türkiyədə baş verən zəlzələ təhlükəsizlik kameralarında - VİDEO
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ
Sabah 8 bal gücündə zəlzələ olacaq? — Seysmoloji Mərkəzdən AÇIQLAMA
DƏHŞƏT: İş adamının xanımının başını kəsib küçəyə atdılar - VİDEO
Dövlət qulluqçularının maaşı artırılır - YENİ QANUN LAYİHƏSİ - VİDEO
Bu həftə tarixin ən dəhşətli SOYUĞU OLACAQ - Mənfi 60 DƏRƏCƏ
Minlərlə insanın pensiyası İKİQAT ARTACAQ - Qanun QƏBUL EDİLDİ