Bakıda dəhşətli qəza: bir ailənin 3 üzvü həlak olub

20.06.2018 20:19

Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi Pirallahı yolunda olub. Belə ki, "VAZ 2106" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobilin arxa oturacağında əyləşən sürücünün həyat yoldaşı Sona Əliyeva və övladı, 4 aylıq Rəna hadisə yerində vəfat edib. Avtomobili idarə edən 33 yaşlı İsmixan Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az

FOTOQALERIYA






1987 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR