Ona ərə getmək istəməyən qızı başından güllələdi - VİDEO

20.06.2018 12:05

Pakistanda kişi ona ərə gəlmək istəməyən xanımı güllələyib.

Trend-in məlumatına görə, hadisə anbaan kameralarda əks olunub. Belə ki, kameralardakı görüntülərdən də məlum olur ki, avtobus şirkətində mühafizəçi işləyən Abrar soyadlı şəxs onunla eyni yerdə çalışan 18 yaşlı Mexviş soyadlı xanımı izləyir. Daha sonra ona yaxınlaşaraq söhbət etdiyi görünür. Bundan sonra isə güllə ilə qızın başından vurur. Mexviş yerindəcə dünyasını dəyişib.

Amansız cinayəti törətdikdən sonra Abrar hadisə yerindən qaçmağa cəhd etsə də, ərazidəki polislər tərəfindən saxlanılıb.

© xezerxeber.az


1135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR