Bakıda restoran yanır

19.06.2018 10:22

Paytaxtın Nərimanov rayonunda restoran yanır.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda restoranda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

© xezerxeber.az


822 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR