Pul müqabilində qaz sayğaclarına müdaxilə edənlər ifşa edildi - VİDEO

18.06.2018 20:02

Sərfiyyatı az göstərmək məqsədilə qaz sayğaclarına müdaxilə edən şəxslər ifşa edilib.

Xezerxeber.az-ın məlumatına görə, Suraxanı rayon sakinləri Ramil Hüseynov və Bayram Sadıqovu paytaxtın Xəzər rayonu 1-ci polis şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında saxlayıblar.

Polis müəyyən edib ki, adı çəkilən şəxslər Xəzər rayon ərazisində vətəndaşlara məxsus qaz sayğaclarına pul müqabilində müdaxilə edərək, qaz sərfiyyatını az göstərməklə dövlətə külli miqdarda ziyan vurublar.

Qeyd edək ki, saxlanılanlardan Ramil Hüseynov vətəndaşlardan 40-50 manat pul alıb, sayğaca müdaxilə edirmiş.

Onlar ifadələrinə onu da bildiriblər ki, Bakının Xəzər, Yasamal və Binəqədi rayonlarında təxminən 20-ə yaxın sayğaca pul müqabilində müdaxilə ediblər.

Polisdən verilən məlumata görə, hər iki şəxsin yaşadığı evlərə baxış zamanı ordan da xeyli sayda sayğac aşkar edilərək götürülüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1637 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2018 14:36

Lavrov İsrailə gedir

ÇOX OXUNANLAR