Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Yol polisi Bərdədə reyd keçirib: 30-dan artıq sürücü cərimələnib - VİDEO

17.06.2018 20:02

Baş Dövlət Yol Polis İdarəsi əməkdaşları Bərdədə reyd keçirib.

Xezerxeber.az-ın məlumatına görə, reyd zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, avtomobilin konstruksiyasında dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb. Reyd zamanı həmçinin sürücülük hüququ olmadan avtomobil idarə edilməsi, sürət həddini aşma və digər qayda pozuntuları da aşkar edilib.

Sərxoş halda saxlanılan sürücülərdən biri 1 bakal pivə içdiyini deyərək özünə haqq qazandırmağa çalışıb.

Daha sonra isə polisə tabe olmayaraq avtomobilin sükanı arxasına əyləşmək istəyib.

Avtomobil cərimə meydançasına yerləşdirilib. Sürücü isə tabesizlik göstərdiyinə görə əraziyə çağırılmış Post Patrul Xidməti vastisə ilə polis şöbəsinə aparılıb. Polisin "Saxla" əmrinə tabe olmayan digər bir sürücü isə reydin iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Reyd zamanı 30-dan artıq sürücü barəsində inzibati protokol tərtib olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






838 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR