Paşinyanın təxribatçı addımları cəbhədə toqquşmaya səbəb ola bilər - VİDEO

17.06.2018 20:05

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən qoşunların təmas xəttinə səfəri müharibəyə çağırışdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Ermənistanın hökumət rəhbərinin təmas xəttinə səfərini dəyərləndirən Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hükmət Hacıyev deyib.

Hikmət Hacıyev Ermənistan rəhbərliyinin təxribat xarakterli addımlarının ölkədəki gərgin iqtisadi-sosial vəziyyətlə əlaqəli olduğunu düşünür.

Bu arada, Azərbaycanın Müdafiə Nazirliyi Xankəndi üzərində Ermənistana məxsus "qırıcı" təyyarələrin uçuşlar keçirməsi ilə bağlı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyi bildirir ki, Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanını, o cümlədən Xocalı aeoportunu daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir və istənilən uçuşların marşrutları barədə məlumatlar dərhal avtomatik rejimdə HHQ-nin Komanda Məntəqəsinə ötürülür.

"İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və çoxməqsədli Mi-8 helikopteri müşahidə olunur. Bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantüralarına reaksiya verməmələrini xahiş edirik",- deyə nazirlyin məlumatında qeyd olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






856 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR