"Xəzər" maşınlarının satış şərti açıqlandı - İlkin ödəniş 50%

08.06.2018 13:35

"Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə istehsal etdiyi "Xəzər” avtomobilləri növbəti həftədən satışa çıxarılacaq.

XəzərXəbər xəbər verir ki, bunu "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. O, bildirib ki, satış mərkəzləri Bakının "Babək", "Ziya Bünyadov" prospektlərində və Badamdar qəsəbəsində olacaq.
E.Axundovun sözlərinə görə, ilk olaraq "Xəzər" LD və CD modeli, ümumilikdə isə 100 avtomobil satışa çıxarılacaq: "CD modeli 16 min, LD modeli isə 18 min manata satılacaq. Zavodda 160 avtomobilin istehsalı nəzərdə tutulub. Daha sonra tələbata uyğun olaraq istehsal həcmi artırıla bilər. Avtomobillərin ehtiyat hissələri isə iyunun 20-dən satışda olacaq".

Satışa gəldikdə isə kredit şərtlərində 50%, lizinq şərtləri ilə isə 20% ilkin ödəniş tələb olunacaq. Lizinq və kredit üzrə illik faiz dərəcəsi isə 18% nəzərdə tutulub.

© xezerxeber.az


3598 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR