Xurma yedikdən sonra ağzınızı yaxalayın - Düzgün yeyilmədikdə təhlükəyə çevrilir

27.05.2018 15:03

Ramazan ayında süfrələrdə daha çox yer alan xurmanı yedikdən sonra üzərindən mütləq 1 stəkan su içilməlidir.

XəzərXəbər medicina.az-a istinadən bildirir ki, bu barədə türkiyəli stomotoloq Pertev Kökdemir məlumat verib. Onun sözlərinə görə, təbiətdən gələn bəzi şəkər növləri əslində diş minası üçün faydalı olsa da, yenə ehtiyat edilməlidir:

"Faydalı qida olan xurma çox yeyildiyi zaman və sonradan dişlər fırçalanmadığı təqdirdə digər qidalar kimi çürüklərə səbəb ola bilər.Xurma yedikdən sonra ağız su ilə çalxalanmalı, dişlər 30 dəqiqədən sonra fırçalanmalıdır".

Həkim xüsusilə 3 yaşından kiçik uşaqlara xurma verilən zaman diqqətli olmağı tövsiyə edib.

"Xurma sərt və lifli qidadır. Sərt quruluşundan ötrü dişləri və çeynəmək qabiliyyəti tam olmayan uşaqlar üçün təhlükəli ola bilər. Bağırsaqların da bu qidanı tam olaraq həzm etməməsi mümkündür. Ancaq yeyə bilən uşaqlar üçün olduqca vitaminlərlə zəngin meyvədir".

© xezerxeber.az


1795 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR