Daha 19 minə yaxın müəllimin maaşı artacaq - VİDEO

26.05.2018 19:04

Bu gündən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Xezerxeber.az-ın xəbərinə görə, ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi bu gün və sabah, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may - 2 iyun tarixlərində keçiriləcək.
Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq. Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 minə yaxın müəllim iştirak edəcək.

Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə deyib ki, ötən il keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlər budəfəki qiymətləndirmədə də iştirak edir. O bildirib ki, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin dərs yükü norması və əməkhaqqı artırılacaq. Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlər inkişaf yönümlü təlimlərə cəlb olunacaq.


© xezerxeber.az

FOTOQALERIYA






764 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR