İş yoldaşına zamin durdu, ziyana düşdü - TƏFƏRRÜAT - VİDEO

26.05.2018 19:13

İş yoldaşının götürdüyü kreditə zamin duran şəxs onu ödəmək məcburiyyətində qalsa da, pulunu geri ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhərində yaşayan Vadim Atakişiyev iş yoldaşı Vüsal Hacıyevin bankdan götürüdüyü 3 min manatlıq krediti üçün zamin durub. Sonra həmin şəxs krediti ödəmədiyi üçün Vadim krediti ödəməyə məcbur olub. İndi isə həmin şəxsdən pulunu geri ala bilmir.

Məhkəmə tərəfindən ötən il verilən qərara görə, həmin şəxs pulu qaytarmalı olsa da, Vüsal Hacıyev pulu qaytarmaq əvəzinə borcu olduğu şəxsdən gizlənir və tez-tez mobil nömrəsini dəyişir. Ailəsi isə Lerik rayonunun Bilnə kəndində yaşayır və Vadim hər dəfə borc üçün ora gedə bilmir.

Biz də həmin şəxslə əlaqə salmaq istədik, amma telefonu bağlı olduğu üçün buna nail ola bilmədik.

Hüquqşünas Xəyal Bəşirov mövzuya münasibət bildirərkən deyib ki, məhkəmənin qərarının icrası məcburidir və bunu etməyən şəxsə qarşı cinayət işi açıla, o, 2 min manatdan 4 min manata qədər cərimələnə və yaxud 3 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bunun üçün isə məhkəmənin yenidən işə baxıb və qərar verməsi lazımdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






759 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR