Göygöldə ağır qəza: 2 ölü, 1 yaralı var - VİDEO

26.05.2018 14:38

Göygöl rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az məlumat verir ki, "KamAZ" markalı yük avtomobilinin Dozular kəndində dərəyə aşması nəticəsində hadisə yerində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. Xəsarət alan şəxlsərdən Gəncə sakini, 1983-cü il təvəllüdlü Eldar Fərzəliyev xəstəxanaya aparılarkən yolda keçinib. Avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini Zeynalov Əhəd Yusif oğlu isə xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


1837 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR