Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Nazirlik AÇIQLADI: sabahdan etibarən...

25.05.2018 12:13

Mayın 26-dan Azərbaycanda ov mövsümü açıq elan edilir. Lakin qanunla müəyyən edilən ərazilərdə kənarda ov edənlərə qarşı qanunvericilik əsasında sərt tədbirlər görüləcək.

XəzərXəbər xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, mövsümün açıq olması harada gəldi ov edilməsi demək deyil:

"Nazirlik tərəfindən mövsüm ərzində qanunu pozanlara qarşı sərt tədbirlər görüləcək”.

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, ov mövsümü sabahdan 2019-cü il martın 16-dək açıq elan edilir:

"Sabahdan bəzi cütdırnaqlı heyvanları ovlamaq mümkün olacaq. Ovçular hansı heyvanların ovuna icazə verilməsi ilə bağlı yerli icra hakimiyyətlərindən öyrənə və icazə ala bilərlər. Yalnız ovçuluq bileti olanlara ov etməyə icazə veriləcək. Bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına müraciət edib test imtahanından keçib, müvafiq bank ödəməsi etmək lazımdır. Yerli ovçulara yalnız şənbə bazar günləri icazə verilir. Ov yalnız ovçuluq təsərrüfatları ərazisində ekologiya idarələri tərəfindən müəyyən olunan ərazilərdə həyata keçirilə bilər. Ov həyata keçiriləndən sonra yerli ekologiya şöbələri əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilir”.

H.Əlizadə bildirib ki, respublika ərazisində 12 ovçuluq təsərrüfatı var:

"Bunlar Bakı yaxınlığında və regionlarda yerləşir. Ümumilikdə 215 min hektarlıq ovçuluq təsərrüfatı sahələri var. Təqribən 20-25 min ovçu var, lakin bu sayı dəqiq müəyyən edə bilmirik. Çünki yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən deyil, Hərbi ovçuluq ittifaqı da ovçuluq bileti verir”.

© xezerxeber.az


1510 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR