Dollar-lirə məzənnəsi rekordu yeniləndi

23.05.2018 10:47

Türk lirəsi dollara nisbətdə ucuzlaşmaqda davam edir.

Dollar/lirə məzənnəsi 4.80 lirə səviyyəsini də görərək rekordu yeniləyib.

Lirə dollar qarşısında daha 2%-dən çox dəyərdən düşüb.

Avro/lirə məzənnəsi isə 5.70 səviyyəsini aşıb və beləliklə, tarixinin ən yüksək səviyyəsinə qalxıb.

Lirənin ucuzlaşmasına səbəb reytinq agentliyi "Fitch Rating”in Türkiyədə pul siyasəti müstəqilliyinin azalmasının ölkənin reytinqinə təzyiq yaradacağı yönündə açıqlaması olub.

Qeyd edək ki, ilin əvvəlindən indiyədək türk lirəsi dollara nisbətdə 20.27 faiz ucuzlaşıb. (Oxu.az)

© xezerxeber.az


940 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR