“Qorxurdum ki, 690 bal toplayım” – 700 bal toplayan abituriyent "XəzərXəbər"ə danışdı - VİDEO

23.05.2018 10:25

Dövlət İmtahan Mərkəzi bu gün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. Beləki cəmi I ixtisas qrupu üzrə 2 abituriyent, IV ixtisas qrupu üzrə isə 1 abituriyent bütün suallara düzgün cavan verərək 700 bal toplayıb. "Xəzər Xəbər”ə həmin abituriyentlərdən biri ilə görüşüb uğurunun sirrini öyrənib.

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə qəbul imtahanın nəticələrini açıqlayıb. İmtahanda işitrak edən 32 491 abituriyentdən cəmi 3 nəfər 700 ballıq nəticə göstərib. Onların 2 -si I qrup , 1 isə IV qrup üzrə qəbul imtahanlarında iştirak edib.

Maksimum nəticəni göstərənlərdən biridə İsmayıllı şəhər, 6 saylı tam orta məktəbin məzunu Vasif Əsədovdur.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə İmtahanda iştirak edən abituriyentlərdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarından birinin etalon cavabında dəyişiklik edilib. Dəyişiklik riyaziyyat fənni üzrə 25-ci test tapşırığında öz əksini tapıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, dəyişikliyə əsasən, uyğunluqdakı 3dc cavabı 3d cavabı ilə əvəz olunub.

© xezerxeber.az


1355 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR