Ailəsi kökəldiyini düşündü, lakin gördüklərindən DƏHŞƏTƏ gəldilər… – Azərbaycanda

22.05.2018 14:45

11 yaşlı qızın yumurtalığından nəhəng ölçülü kista çıxarılıb.

Bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib.

Onun sözlərinə görə, qızın ailəsi əvvəlcə uşağın kökəldiyini düşünüb, daha sonra isə həkimə müraciət ediblər: "Azyaşlının qarnında ağrılar başladığı üçün bizə müraciət etdilər. Apardığımız digər müayinələrə əsasən məlum oldu ki, qarnın böyüməsinə səbəb yumurtalığın nəhəng ölçülü kistasıdır. Ölçüsü olduqca böyük olduğu üçün texniki çətinliklərlə laporoskopik (qapalı ) yolla yumurtalıq qorunaraq nəhəng ölçülü kistanı çıxara bildik. Əməliyyat zamanı kistanın içərisində tük gördüyümüz üçün yumurtalığın dermoid kistası olduğunu düşündük..Kista patohistologiyaya (əkilməyə) göndərildi, daima ginekoloqun nəzarətində olacaq”.

Hüseynov şişin zamanında aşkar edildiyini vurğulayıb.

"Kista vaxtında aşkarlanmasaydı, yumurtalığın burulması və bəd xassəli şişə çevrilmə kimi təhlükəli fəsadlara yol aça bilərdi”, – deyə cərrah qeyd edib. (medicina.az)






© xezerxeber.az


1965 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR