Yük maşınından düşən daş digər avtomobilə ziyan vurub - Zərəri kim ödəməlidir? - VİDEO

20.05.2018 20:41

"Xəzər Xəbər"in voatsap nömrəsinə göndərilən bir videoda avtomobili ilə hərəkətdə olan sürücü, qarşısında hərəkət edən yük maşınından daş parçasının düşərək onun avtomobilinə ziyan vurduğunu iddia edir. Bəs görəsən belə olduğu halda ziyan görən avtomobili kim təmir etdirməlidir?

Xezerxeber.az-ın məlumatına görə, sürücü iddia edir ki, 10 MD 819 dövlət qeydiyyatlı ağır tonnajlı avtomobilin yük hissəsindən çıxan daş onun avtomobilinin alın şüşəsini sındırıb.

Bu görüntülər ötən gün Şəmkirdə qeydə alınıb. Görüntülərdən açıq-aydın görünür ki, yük avtomobilinin sürücü yük daşıma qaydalarını pozaraq dağılma ehtimalı olan yükün üstünü bağlamayıb. Elə bu səbəbdən də hadisə baş verib. Bu fakt isə bir mövzunu gündəmə gətirir: bu kimi hallarda dəyən ziyanı kim ödəməlidir?

Hüquqşünas Asif Abdullayev deyir ki, bu halda həmin sürücü məsuliyyətə cəlb edilməlidir və dəyən ziyanı da o ödəməlidir

Bundan başqa, bu məsuliyyətsiz davranış, hətta sürücü və yaxud onun təmsil etidiy şirkət üçün cinayət məsuliyyəti də yarada bilər.

Qeyd edək ki, bu kimi hallara əsasən rayonlararası yollarda rast gəlinir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






1336 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR