Bərdədə 20 iribuynuzlu heyvan tələf olub

20.05.2018 15:56

Bərdə rayonunda mal-qara arasında kütləvi tələfat olub.
Modern.az-ın "Report"a istinadən məlumatına görə, Mehdili kəndində yerli sakin Müslüm Məmmədova məxsus təsərrüfatda 20 baş iribuynuzlu heyvan tələf olub, daha 30 heyvan isə təhlükə altındadır.
Hadisə baş verən təsərrüfata mütəxəssislər cəlb olunub. Ölü heyvanlar yarılaraq nümunələr götürülüb. Sağlam heyvanlardan isə qan nümunələri alınıb.
Hazırda heyvandarlıq təsərrüfatı nəzarətə götürülüb. İlkin diaqnoz kimi heyvanların zəhərlənmədən öldüyü ehtimal olunur.

© xezerxeber.az

FOTOQALERIYA






1680 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR