G7-dən AĞIR ZƏRBƏ gəlir – Rusiya DİZ ÇÖKDÜRÜLƏCƏK

24.04.2018 11:16

G7 ("Böyük yeddilik”) ölkələri Donbas münaqişəsində görə Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda G7-nin xarici işlər nazirlərinin Torontoda keçirilən görüşdə qəbul etdikləri bəyanatda deyilir.

"Biz xatırladırıq ki, Donbas münaqişəsi üzrə iqtisadi sanksiyaların ləğvi Minsk razılaşmalarının Rusiya tərəfindən tam icrası ilə bağlıdır. Rusiya öz öhdəliklərini tamamilə yerinə yetirərsə, bu sanksiyalar ləğv edilə bilər”, — rəsmi məlumatda deyilir.

"Böyük yeddilik” həmçinin dünyada vəziyyətin destabilizasiyasında Rusiyanı ittiham edib. Eyni zamanda, G7 ölkələri regional böhranlar və qlobal çağırışlar üzrə Rusiya tərəfi ilə əməkdaşlıq etməyə hazır olduğunu ifadə ediblər.

Qeyd edək ki, Moskva Donbas münaqişəsinin tərəfi kimi çıxış etmədiyini və Donbasda baş verən hadisələrə əlaqəsinin olmadığını dəfələrlə bəyan edib. Lakin Qərb bu fikirləri qəbul etmir və Donbasda Rusiya hərbçilərinin olduğunu bildirir./publika.az

© xezerxeber.az


1369 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR