Kremlin adamı Paşinyanla həbsdə görüşüb və... - AÇIQLANDI

23.04.2018 16:31

Ermənistanın baş nazirinin müavini Karen Karapetyan etirazçıların lideri Nikol Paşinyanla həbsdə görüşüb.

Bu barədə Paşinyanın özü məlumat verib.

Həbsdən azad olunan Paşinyan bildirib ki, Karapetyan onun saxlanıldığı kameraya gəlib.

O, görüşün detallarını açıqlamayıb, lakin etirazçıları iki saat fasilə etməyə çağırıb. Paşinyan axşam mitinqdə çıxış edəcəyini də bildirib.

Qeyd edək ki, bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sarkisyan, prezident Armen Sarkisyan, baş nazirin müavini Karen Karapetyan və parlament sədri Ara Babloyanın iştirakı ilə fövqəladə müşavirə keçirilib. Müşavirədən sonra Karapetyan Paşinyanla görüşə getdiyini açıqlayıb.

Kremlin adamı olaraq tanınan Karapetyanın Paşinyanla görüşə getməsi Rusiyanın Ermənistanda nəzarəti əldən vermək niyyətində olmadığını göstərir. Ehtimallar var ki, Karapetyan baş nazir postunda Sarkisyanı əvəz etsin.

© xezerxeber.az


1557 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR